Beynəlxalq Stolüstü Tennis Federasiyası (ITTF) koronavirusa görə yarışların bərpa müddətini iyulun sonunadək uzadıb.
ITTF rəhbərliyi avqust ayında turnirlərlə bağlı qərarını açıqlayacaq.
Bildirilib ki, Dünya Veteranlar Turu (WVT) və Stolüstü Tennis X (TTX) yarışlarının qalan hissəsi ləğv olunub.
ITTF İcraiyyə Komitəsi növbəti dəfə iyunun 2-də bir araya gələcək.