Cazibədar tennisçinin​ virtual mübarizəsi uğursuz oldu

Cazibədar tennisçinin​ virtual mübarizəsi uğursuz oldu

Rusiyalı tennisçi Mariya Şarapova model Karli Klossla birlikdə Stay at Home Slam virtual komanda turnirinin birinci mərhələsini keçə bilməyib.​ M.Şarapovanın komandası CAR-ı təmsil edən​ Kevin Andersona və NFL oyunçusu Ryan Tennehillə 3:6 hesabı ilə məğlub olub.
Turnir iştirakçılarının siyahısında Serena və Vinus Uilyams, Naomi Osaka, Key Nişikori, Madison kis, Taylor Fritz də yer alır.
Qeyd edək ki, turnirin iştirakçıları 25 min dollar mükafat əldə edəcəklər. Onlar istəklərinə uyğun olaraq bu məbləği koronavirusla mübarizə üçün xeyriyyə fondlarına göndərəcəklər. Qalib çütlük isə əldə etdiyi bir milyon dolları xeyriyyə məqsədi ilə xərcləyəcək.