“KUSTRUD” - Azərbaycanda ilk idman klubu

“KUSTRUD” - Azərbaycanda ilk idman klubu

Azərbaycanda idmanın və bədən tərbiyəsinin tarixi qızıl hərflərlə yazılıb. Keçmiş SSRİ dövründə həmyerlilərimiz bu sahədə də öz bacarıqlarını nümayiş etdiriblər. İttifaq tərkibində azərbaycanlı bir sıra yaddaqalan nailiyyətlərlə idman salnaməsində silinməz iz qoyublar. Ən​ yaddaqalan hadisələrdən biri də ölkəmizdə ilk idman klubunun yaradılmasıdır. Maraqlıdır, görəsən həmin klub necə və kimin​ təşəbbüsü ilə​ yaranıb?​

 

Belə ki,​ Azərbaycanda yaranan ilk idman klubu​ Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Rza Baxşəliyevin rəhbərliyi ilə 1924-cü ildə açılmışdır.​ KUSTRUD adlanan​ klubun yetirmələri Olimpiya mükafatçıları, SSRİ çempionları və beynəlxalq yarışların çempionu və mükafatçıları olmuşlar. Məsələn, Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi Rza Baxşəliyevin tələbələrindən sərbəst güləşçi Rəşid Məmmədbəyov 1952-ci ildə SSRİ yığma komandasının tərkibində XV Yay Olimpiya Oyunlarında iştirak edərək ölkəmizə ilk gümüş medal gətirmişdi.

İbrahimpaşa Dadaşov sərbəst güləş üzrə 4 dəfə SSRİ çempionu​ (1949, 1951, 1952, 1956) olmuşdu. O,​ 1952-ci ildə XV​ Yay Olimpiya Oyunlarında 6-cı yerə layiq görülmüşdü.

Musa Babayev sərbəst güləş üzrə 4 dəfə SSRİ (1949, 1950, 1951, 1952), 2 dəfə Ümumdünya Tələbə Oyunlarının (1949-1951) çempionu olmuşdu.

“KUSTRUD” - Azərbaycanda ilk idman klubu “KUSTRUD” - Azərbaycanda ilk idman klubu “KUSTRUD” - Azərbaycanda ilk idman klubu