Tokio: təxirə salınan Oyunların dəyişməz ünvanı

Tokio: təxirə salınan Oyunların dəyişməz ünvanı

Müasir Olimpiya Oyunlarının tarixi 1896 - cı ildən başlayır. Qaydalara və reqlamentə görə yarışlar dörd ildən bir dünyanın müxtəlif şəhərlərində keçirilir. İstisnalar da var. Birinci, ikinci dünya müharibələri dövründə və digər səbəblərdən bu mötəbər idman tədbiri təbii fəlakətlərin və müharibələrin qurbanı olub.​

 

Təxirə salınmış ilk Yay Olimpiya Oyunları

 

 

İlk belə hal 1916 - cı ildə yaşanı. Berlin şəhərinin ev sahibliyi ilə keçirilməli olan Vl Yay Olimpiya Oyunları təxirə salınıb. 1912-ci il aprel ayının 27- də​ Beynəlxalq Olimpiya Komitəsinin (BOK) qəbul etdiyi qərara əsasən oyunlara ev sahibliyi hüququ Berlinə verilir. Almaniyanın paytaxtı Olimpiadaya ev sahibliyi etmək uğrunda Brüssel, İsgəndəriyyə, Amsterdam, Budapeşt və Klivlend şəhərləri ilə mübarizə aparır. Amma I Dünya müharibəsinin​ başlaması yarışların keçirilməsinə imkan vermədi. VI Yay Olimpiya​ oyunların ləğv edilməsinə baxmayaraq, növbəti oyunlar VII Yay Olimpiya Oyunları kimi qəbul edildi.

 

Şərqdə ilk dəfə Olimpiya Oyunlarına ev sahibliyi edən şəhər

 

XII Yay Olimpiya Oyunlarına ev sahibliyi hüququ Tokio şəhərinə verildi. İlk dəfə idi ki, Olimpiada Şərqdə olan şəhərə həvalə edilirdi. Lakin 1937-ci il 7 iyul tarixində​ ikinci Çin - Yapon müharibəsi başladı. 1938-ci ilin 16 iyulunda​ təşkilatçılar oyunların təxirə salındığını elan etdilər. XIII Yay Olimpiya Oyunlarıda eyni aqibətlə üzləşdi. 1944 - cü ildə keçirilməli olan Olimpiya oyunları​ ikinci dünya müharibəsi səbəbi ilə ləğv edildi. Ev sahibi kimi namizədliyini irəli sürülən London 1948 - ci ildə mötəbər idman tədbirini seçkisiz qəbul etdi. Belə ki, İngiltərə paytaxtı​ Roma, Detroyt, Lozanna, Afina, Budapeşt, Helsinki və Monreal şəhərlərindən üstün olmuşdu.​ ​

 

Tarixdə üç cəhd və üç uğursuzluq

 

Yaponiyanın paytaxtı Tokio 1964 - cü ildə keçirilən XVIII Yay Olimpiya Oyunlarına ev sahibliyi edib. Bu dəfə isə Olimpiadanın keçirilməsinə təbii fəlakət əngəl törədib. Həmin vaxt quraqlıq olduğundan XVIII Oyunları üç ay təxirə salınıb. "Gündoğar ölkə"​ növbəti dəfə XXXII Yay Olimpiya Oyunlarını qəbul etmək şansı əldə edib.​ ​ ​ 2020-ci ilin yay aylarında keçirilməli olan oyunlar bu dəfə koronavirus pandemiyası səbəbi ilə növbəti ilə keçirilib. Göründüyü kimi,​ Tokioda təşkil edilən və müxtəlif səbəblərdən təxirə düşən üçüncü Olimpiada da​ eyni aqibəti yaşayıb.

 

​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Qasım Xuluflu

Tokio: təxirə salınan Oyunların dəyişməz ünvanı Tokio: təxirə salınan Oyunların dəyişməz ünvanı