Azərbaycan kubokunda “Yaquar” güclü oldu

Azərbaycan kubokunda “Yaquar” güclü oldu


Çimərlik voleybolu üzrə kişilər arasında keçirilən Azərbaycan kubokunun oyunlarına yekun vurulub. "Amburan çimərlik klubu” və "Yaquar” enerji içkilərinin təşkilatçılığı ilə təşkil olunan yarışda 12 komanda mübarizə aparıb. Həlledici mərhələdə "Yaquar” klubu ilə "Aztelekom 2” komandaları üz-üzə gəliblər. Finalda "Aztelekom 2” komandasına 2:0 hesabı ilə qalib gələn "Yaquar” "Azərbaycan kuboku”nun qızıl medallarına sahib çıxıb. İkinci və üçüncü yerlərin sahiblərinin adlarına isə "Aztelekom 1” və "Aztelekom 3” komandaları arasında keçirilən görüşdən sonra aydınlıq gəlib.
"Aztelekom 1” 2:0 hesabı ilə qalib gələrək fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.
Yarışın yekununda I, II, III yerlərin sahiblərinə qiymətli hədiyyələr verilib.

Azərbaycan kuboku:

I. "Yaquar”
II. "Aztelekom 2”
III. "Aztelekom 1”