Həyatı adrenalin üçün riskə atmağa dəyər?

Həyatı adrenalin üçün riskə atmağa dəyər?

İnsanlar sağlam yaşamaq üçün idmanla məşğul olurlar. İdmançılar iki cür olur -​ həvəskar və peşəkar. Həvəskar idmançılar hər hansı bir maraq göstərdikləri idman növü ilə məşğul olurlar. Peşəkar idmançılar isə məşğul olduqları idman növünə yüksək nailiyyətlər əldə etmək istəyirlər. Hər iki halda zədə almaq təhlükəsi var. Məşğul olduğun idmanı elə seçmək lazımdır ki, sonradan travmalar və zədələrlə qarşılaşmayasan.

Ən təhlükəli idman növlərini bir araya toplayib, qısa məlumat vermək istədik. Halbuki, hər birindən yetərincə geniş yazılar yazmaq, fakt toplamaq olar.​

 

Sörfinq

 

Sörfinq​ adrenalin sevənlərin dəyişməz məşğuliyyətidir. Dalğaların üzərində yüksək sürətlə hərəkətlər qeyri-adi bacarıq hesab olunur. Amma təhlükə də qaçılmazdır. Heç bir sörfinqçi ciddi travmalardan sığortalanmayıb. Bu idman növünün təhlükəli edən nüyanslardan biri də su altında olan görünməz qayalıqlardır. Dalğaların ləpə döydüyü qumlu sahillər bu idmanla məşğul olanların dəyişməz ünvanıdır.

 

 

Boks

 

Ölkəmizdə də geniş yayılmış idman növü olan boks təhlükəli idman növlərindən biridir. Rəsmi olaraq hər il müxtəlif zədələr səbəbi ilə 10 boksçu rinqdə həyatla vidalaşır. Bəzi peşəkar idmançılar isə həyatları boyu boksun qazandırdığı zədələrlə yaşamalı olurlar. Boksun əfsanəsi Məhəmməd Əlinin döyüşlərdə​ aldığı zərbədən son nəfəsədək düşdüyü vəziyyəti hər birimiz yaxşı xatırlayırıq.​

 

 

Alpinizm

 

İnsanlar daima zirvələri fəth etməyə can atır. Alpinistlər isə bu işin peşəkarlarıdır. Bir sıra ölkələrdə bu idman növü ilə peşəkar məşğul olsalar​ da, həvəskar alpinistlər də az deyil. İdmanın bu növü həddindən artıq təhlükəlidir. İdmançının sağqalma ehtimalı dağın hündürlüyü ilə ölçülür. Unutmaq olmaz ki, dünayanın ən hündur zirvəsi olan Everest (8848 m) məhz cəsur alpinistlərin sayəsində fəth olunub.​

 

 

Avto yarış

 

Yüksək sürət, sərt döngələr və kəskin dönüşlər hətta peşəkar sürücülər üçün ölümcül ola bilir. Vaxt keçdikcə avtomobillərin içi təhlükəsizlik baxımdan yaxşılaşsa da, sürət imkanları da artıb. Odur ki, avtomobillər daha sürətli, qəzalar daha ciddi olmağa başlayıb. Formula 1 və Nascar yarışlarının azarkeşləri bunu yaxşı bilir.

 

Dağ velosipedi

 

Dağ velosipedi yay günlərində ailələrin ən sevimli məşğuliyyətlərindən biridir. Amma bu idman növü də təhlükəli növlərdən hesab edilir. Düz meşə cığırlarını sərt döngəli dağ yolları ilə dəyişsəniz zədə alma riskiniz artmış olar.​

Ümumiyyətlə elə bir idman növü tapılmaz ki, orada həyəcan və​ təhlükə olmasın. Hər iki amil insan həyatına təsir edə bilir. Unutmaq olmaz ki, risk və əyləncə insan həyatından dəyərli deyil. Tanrının bəxş etdiyi ömürü layiqincə yaşamaq gərəkdir.​

 

 

​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Qasım Xuluflu

Həyatı adrenalin üçün riskə atmağa dəyər? Həyatı adrenalin üçün riskə atmağa dəyər? Həyatı adrenalin üçün riskə atmağa dəyər? Həyatı adrenalin üçün riskə atmağa dəyər? Həyatı adrenalin üçün riskə atmağa dəyər?