İspaniya tarixinin ən yaxşı idmançısı

İspaniya tarixinin ən yaxşı idmançısı

"Marca" nəşri İspaniya tarixinin ən yaxşı idmançısını müəyyənləşdirmək məqsədilə oxucuları arasında sorğu keçirib. Atletlər cütlərə bölünüb və pley-off üsulu ilə qaliblər mərhələ adlayıblar.

Sorğunun yekununda Rafael Nadal qalib olub. 33 yaşlı tennisçi finalda səsverənlərinin 82%-nin etimadını qazanaraq basketbolçu Pau Qazola qalib gəlib.

Nadal finala qədər avtomobil yarışçısı Karlos Sayns, o cümlədən veloyürüşçülər - Alberto Kontador və Migel İnduraynı mübarizədən kənarlaşdırmışdı.

Qeyd edək ki, İspaniyalı raket ustası karyerası ərzində 19 dəfə "Böyük dəbilqə" seriyalı turnirlərin qalibi olub.