Oğlunu xilas edib, özü itkin düşdü

Oğlunu xilas edib, özü itkin düşdü

Məşhur amerikalı idmançı Şed Qaspard itkin düşüb.​ Məlumata görə, hadisə 39 yaşlı amerikalı restler həyat yoldaşı və 10 yaşlı oğlu ilə Los-Anceles çimərliklərindən birində istirahət edərkən baş verib. Böyük dalğa zamanı idmançı övladı və bir qrup şəxs ilə dənizdə olublar. Nəticədə baş verən burulğan onları dərinliyə aparıb.​ Xilasedicilər Ş.Qaspardı tapsalar da, o, əvvəlcə oğlunu xilas etmələrini xahiş edib. İdmançının oğlu xilas edilərək, sahilə çıxarılıb. Lakin Şed Qaspardı o andan sonra görən olmayıb. Hazırda axtarışlar davam edir, lakin insanların xilas etməsi ilə məşğul olan Los-Anceles Yanğın Xidmətinin nümayəndələri idmançının boğulduğunu istisna etmirlər.​ ​ Ötən gün isə Şed Qaspardın həyat yoldaşı instaqram sosial şəbəkəsində müraciət paylaşıb. O, həyat yoldaşını görən insanlardan onunla əlaqə saxlamağı xahiş edib.