Olimpiya çempionu vəfat etdi

Olimpiya çempionu vəfat etdi

Rusiyalı məşhur xokkeyçi Aleksandr Gerasimov dünyasını dəyişib.

Bu barədə mərhum idmançının vaxtilə çıxış etdiyi MOİK-in rəsmi "Twitter" səhifəsi xəbər yayıb.
61 yaşında vəfat edən Gerasimovun ölümünün səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Aleksandr Gerasimov 1984-cü ildə SSRİ yığmasının heyətində Sarayevo Qış Olimpiya Oyunlarında qızıl medal qazanıb. O həmçinin MOİK-lə 7 dəfə ölkə çempionu olub.