Daha bir dünya çempionatı təxirə salınır

Daha bir dünya çempionatı təxirə salınır

Koronavirus pandemiyası daha bir nüfuzlu idman yarışının keçirilməsinə əngəl yaradıb. 2021-ci ilin fevralında keçirilməli olan dağ xizəyi üzrə dünya çempionatı bu səbəbdən də təxirə salınacaq.

Bunu İtaliya Milli Olimpiya Komitəsinin prezidenti Covanni Malaqo açıqlayıb. O bildirib ki, Kortina Dampetso şəhərində təşkil olunmalı yarışın bir il sonraya keçiriləcək.

Onun sözlərinə görə ölkənin qış idman növləri federasiyası mundialın 2022-ci ilin martına keçirilməsi ilə bağlı rəsmi müraciət hazırlayıb. Bu sənəd Beynəlxalq Xizək İdmanı Federasiyasına təqdim olunacaq.