İdman dünyasına da təsirsiz ötüşməyən ölüm

İdman dünyasına da təsirsiz ötüşməyən ölüm

NBA basketbolçusu Lebron Ceyms ABŞ ərazisində keçirilən aksiyaları dəstəklədiyini qeyd edib. “KİV bu hadisəni nümayiş etdirir? Əminəm ki, xeyr. Belə ki, bu birləşmə, sülh, gözəllik və sevgi nümunəsidir. Amerika niyə bizi sevmir?”,- deyə basketbolçu şəxsi Twitter səhifəsində yazıb.
Formula 1 yarışlarının altıqat çempionu Luis Hamilton isə bu barədə fikirlərini instaqram hesabında bölüşüb. “Hamınız susursunuz. Bəziləriniz ulduz idmançılar olmağınıza baxmayaraq, bu haqsızlığa reaksiya vermirsiniz. Ağdərili idmançıların üstünlük təşkil etdiyi idmanda “rəngli” idmançılardan biriyəm. Mən ümid edirdim ki, siz bununla bağlı bir fikir bildirəcəksiniz. Amma siz kənarda qalmağı seçdiniz. Sadəcə, bilin ki, mən sizi tanıyıram və görürüəm. Qarətçiləri və binanı atəşə tutanları dəstəkləmirəm, amma tamamilə dinc etirazların tərəfdarıyam. Nə qədər ki, bizim liderlərimiz dəyişikliklər təşəbbüsü ilə çıxış etmirlər, sakit dünya mümkün olmayacaq. Mən yalnız ABŞ barədə deyil, həmçinin Böyük Britaniya, İspaniya, İtaliya haqqında da danışıram. Azlıqlara münasibət dəyişməlidir. Ölkədə hər kəsi bərabərlik prinsipinə öyrətmək lazımdır. İrqçilik və siniflərə bölünmə düşüncəsindən uzaq olmaq lazımdır. Heç kim ürəyində irqçilik və nifrət hissi ilə doğulmur. Bunu bizi böyüdəndlər bizə aşlayırlar”.
Məşhur basketbolçu, NBA-nın altıqat çempionu Maykl Cordan Corc Floydun ölümü ilə bağlı vəziyyəti şərh edərək, ABŞ ictimaiyyətini sülh üsulu ilə ədalətsizliklə mübarizə aparmağa çağırıb. “Baş verənlərə həqiqətə kədərləndim və qəzəbləndim. Mən hər kəsin acısını, qəzəbini və xəyal qırıqlığını görürəm və hiss edirəm. Mən hərkəsi ölkəmizdə qaradərili insanlara qarşı irqçilikdən və zorakılığa son qoymağa tələb edənləri dəstəkləyirəm. Biz ədalətsizliklə sülh yolu ilə mübarizə aparmağa davam etməli və insanların etdiklərinə görə məsuliyyət daşımasını tələb etməliyik”, - deyə M.Cordan bildirib.
FİFA-nın mətbuat xidməti Twitter hesabında “qol+pas” üsulu ilə top-5 ən yaxşı futbolçuların siyahısını dərc edib. Lakin qısa müddətdən sonra Dortmund “Borussiya”sının futbolçusu Ceydon Sançonun “Corca ədalət” yazılı köynəkdə yer aldığı məqalə hesabdan silinib. Belə ki, futbolçunun geyimi Corc Floydun polis tərəfindən ölümünə həsr olunub. Daha sonra həmin məqalə C.Sançosun digər fotosu ilə yenidən dərc olunub. Bildirək ki, həmin oyunda futbolçu köynəyində yazılanlar üçün hakimdən sarı vərəqə alıb.
Qeyd edək ki, ABŞ-da Corc Floydun ölümü ilə bağlı aksiyalar davam edir. Hadisə bir neçə gün əvvəl onun Minneapolis vilayətində marketlərin birində 20 dollarlıq saxta qəbz ilə ödəniş etmək istəyərkən baş verib. Buna səbəb isə onu saxlayan polislərdən birinin qandalda olan qaradərili vətəndaşın boğazına dizi ilə sıxması oldub. Bildirilir ki, bu vəziyyətdə 5 dəqiqədən artıq qalan Corc Floyd boğularaq dünyasını dəyişib.