Avropa Olimpiya Komitələrinin prezidenti vəfat edib

Avropa Olimpiya Komitələrinin prezidenti vəfat edib

 Avropa Olimpiya Komitələrinin (EOC) prezidenti Yanez Koçiyançiç vəfat edib. Bir müddətdir ağır xəstəlikdən əziyyət çəkən keçmiş iş adamı və siyasətçi Lyublyanada dünyasını dəyişib.
2017-ci ildə EOC-un prezidenti vəzifəsinə təyin olunan 79 yaşlı idman rəsmisinin ölümünə səbəb xərçəng xəstəliyi olub. O, 1991-2014-cü illərdə Sloveniya Olimpiya Komitəsinin prezidenti vəzifəsini icra edib.Qeyd edək ki, Yanez Koçiyançiç ötən il Bakıda keçirilən Avropa Gənclər Olimpiya Festivalının açılış mərasimində iştirak edib.