AMPK-nın iclasında mühüm qərarlar qəbul edilib

AMPK-nın iclasında mühüm qərarlar qəbul edilib

Bu gün Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (ARMPK) videokonfrans şəklində ümumi yığıncağı keçirilib. Yığıncaqda bir sıra məsələlər müzakirə edilib. Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov yığıncaq iştirakçılarına müraciətindən sonra gündəmdə olan məsələlər müzakirə edilib. Müzakirələrdə ARMPK-nın vitse-prezidenti İlham Zəkiyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin direktoru Rəhilə Həsrətova, ARMPK-nın üzgüçülük idman növü üzrə baş məşqçisi Alaverdi Culfayev, Boccia İdman Federasiyasının baş katibi İlham Məhərrəmov və “İstedadlı Əlillər” İctimai Birliyinin sədri Cavad Qasımov çıxış ediblər. Səs vermə nəticəsində Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin Milli Abilimpiya Federasiyasının yaradılmasında təsisçi kimi iştirakı və “Azərbaycan Respublikası Müyəssərliyin Qiymətləndirilməsi Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılmasında təsisçi kimi iştirakı qərarları qəbul olunub.

AMPK-nın iclasında mühüm qərarlar qəbul edilib AMPK-nın iclasında mühüm qərarlar qəbul edilib AMPK-nın iclasında mühüm qərarlar qəbul edilib AMPK-nın iclasında mühüm qərarlar qəbul edilib AMPK-nın iclasında mühüm qərarlar qəbul edilib AMPK-nın iclasında mühüm qərarlar qəbul edilib AMPK-nın iclasında mühüm qərarlar qəbul edilib