Tokio Yay Olimpiya Oyunlarının təşkilatçıları gələn il olimpiada və paralimpiadanın açılış və bağlanış mərasimlərinin birgə təşkilini nəzərdən keçirməkdən imtina ediblər. Beynəlxalq Olimpiya Komitəsi və Beynəlxalq Paralimpiya Komitəsi ayrı-ayrı tədbirlərin keçirilməsini istəyib. Bəzi çətinliklər buna səbəb kimi göstərilib. Xüsusilə, Paralimpiya Oyunları olimpiadadan bir ay sonra keçirildiyindən, idmançılar yalnız mərasimdə iştirak üçün Yaponiyaya getməli idi. Bundan əlavə, televiziya yayımı ilə bağlı da çətinliklər ola bilərdi.
Tokio-2020 Yay Olimpiya Oyunlarının 2021-ci il 23 iyul - 8 avqust, Paralimpiya Oyunlarının isə 24 avqust - 5 sentyabrda keçirilməsi qərara alınıb.
Qeyd edək ki, Yay Olimpiya və Paralimpiya Oyunlarının birgə təşkilinin təqribən 119 milyon ABŞ dolları qənaətə səbəb olacağı güman edilirdi.
Olimpiya və Paralimpiya Oyunlarının açılışları birləşdirilməyəcək