Rusiya rəhbərindən maraqlı təklif​

Rusiya rəhbərindən maraqlı təklif​

Rusiya Prezidenti Vladimir Putin mədəniyyət xadimləri ilə videobağlantı rejimində keçirilən görüşdə idmançıların evdə​ özünütəcrid yerinə Olimpiya bazalarında karantin şəraitində məşqləri davam etdirməli olduqlarını deyib.

"İdmançıları Olimpiya obyektlərində və məşq bazalarında saxlamaq daha məqsədəuyğun olardı. Orada rahat şəkildə məşqlərinə davam edə bilərlər", - deyə V. Putinin vurğulayıb.​

Prezidentin fikrincə, idmançılar qapalı məkanlarda və​ bağlı bazalarda karantin şəraitində məşqlərə davam edə bilərdilər.

Qeyd edək ki, ölkə ərazisində bütün məşq bazaları mart ayının sonunda koronavirusun pandemiyası səbəbi ilə İdman Nazirliyi tərəfindən bağlanılıb. İlk olaraq isə məşq prosesinə mayın 25-də Moskva ətrafındakı "Novoqorsk" və "Dəyirmi göl" başlayıb.