İyunun 10-da Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Şurasının videoformat şəklində konfransı keçiriləcək. İcraiyyə Şurasının iclasında əvvəlcə qurumun rəhbəri Tomas Bax hesabat məruzəsi ilə çıxış edəcək. Ardınca BOK-un Koordinasiya Komissiyasının və eləcə də, Tokio-2020, Pekin-2022, Paris-2024 Olimpiya Oyunları Təşkilat komitələrinin hesabatları dinləniləcək. Koordinasiya Komissiyasının hesabatını qurumun rəhbəri Con Kouts təqdim edəcək.
İcraiyyə Şurasının toplantısında həm də BOK-un 136-cı sessiyasına hazırlıqlar müzakirə ediləcək.
Tədbirin sonunda BOK prezidenti Tomas Bax KİV nümayəndələrinin suallarını cavablandıracaq.
BOK-un sessiyasına hazırlıqlar müzakirə olunacaq