Beynəlxalq Olimpiya Günü münasibətilə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) və Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Rio-2016 Yay Olimpiya Oyunlarının mükafatçısı Rüstəm Orucovun iştirakı ilə növbəti tədbir keçirilib.
Azərbaycan Basketbol və Velosiped İdmanı federasiyalarının idmançılarının, Azərbaycan Çerlidinq Federasiyasının milli komandasının üzvlərinin və futbol fristayleri Nicat Səfərovun icra etdikləri hərəkətləri sakinlər eyvanlardan izləyib və təkrarlayıblar.
Tədbirin məqsədi karantin rejimi dövründə yaşayış yerindən ayrılmadan əhali, xüsusilə uşaq və gənclər arasında Olimpiya hərəkatını təbliğ və təşviq etmək olub. Karantin rejiminin bütün qaydalarına riayət olunan tədbir Nəsimi rayonunda binaların əhatəsində yerləşən nümunəvi həyətdə baş tutub.
Olimpiya Günü münasibətilə tədbirlər davam etdirilir