Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2022-ci ildə Pekində keçiriləcək Qış Olimpiya Oyunlarının təşkilat komitəsinin koronavirus pandemiyası ilə mübarizə şəraitində oyunlara hazırlıq sahəsində fəaliyyətindən məmnunluğunu ifadə edib. Bu barədə BOK-un mətbuat xidməti məlumat yayıb.
Məlumatda Oyunlara hazırlıq işlərinin tamamlandığı, bu ilin sonunadək isə Olimpiya kəndinin və bir sıra idman obyektlərinin hazırlığının başa çatacağı qeyd olunub. Bildirilib ki, Tokio Yay Olimpiya Oyunlarının başqa tarixə keçirilməsi nəticəsində dəyən zərərin azaldılması üçün işlər görülür. Bu səbəbdən Pekin Qış Olimpiya Oyunları Tokio Olimpiadasından altı ay sonra keçiriləcək.
Pekin Qış Olimpiya Oyunlarının 2022-ci il fevralın 4-dən 20-dək keçirilməsi planlaşdırılır.
Qış Olimpiadasına hazırlıq yüksək qiymətləndirilib