“İrqçiliyin norma halına çevrilməsinin qarşısını almaq lazımdır”

“İrqçiliyin norma halına çevrilməsinin qarşısını almaq lazımdır”

“Böyük dəbilqə” turnirinin 23 qat qalibi Serena Uilyams irqçiliklə üzləşib-üzləşmədiyi barədə danışıb.
“Bir çoxları bilmir, amma həyatım boyu bərabərsizlik, irqçilik kimi bir çox problemlərlə rastlaşmışam. Bu mənim dəri rəngimə sahib olan insanlara qarşı artıq bir norma kimi qəbul olunur. Lakin irqçiliyin bir norma halına çevrilməsinin qarşısını almaq lazımdır. Mən çox dindar bir insanam və müqəddəs kitaba inanıram. İnanıram ki, tanrı bizə sülh və təhlükəsizlik tapmağa kömək edəcək. Mən bununla təsəlli oluram. Mənim səviyyəmdəki bir insanın dəri rəngi səbəbiylə bir çox hallar ilə razılaşmalı olması çox kədərlidir, - deyə çempion vurğulayıb.