Triatlonçumuz mövqeyini qorudu

Triatlonçumuz mövqeyini qorudu

Beynəlxalq Triatlon Şurası idmançıların növbəti reytinq cədvəlini açıqlayıb. Azərbaycan milli komandasının üzvü Rostislav Pevtsov reytinq cədvəlində mövqeyini qoruyub. Belə ki, hesabında 2414 xal olan R.Pevtsov 33-cü pillədə qərarlaşıb.
Reytinq cədvəlinə fransalı Vinsent Luis liderik edir. İlk üçlüyü İspaniya idmançıları Mario Mola və Fernando Alarza qapayırlar.