İyulun 29-da bir qrup beynəlxalq veloyürüş iştirakçısı Balakən rayonundakı "Mazımçay” gömrük postundan Azərbaycana daxil olub.
Azərbaycan Gənclər və İdman Nazirliyi və Velosiped İdman Federasiyasının dəstək verdiyi beynəlxalq yürüşə iyul ayının 20-də Belçikanın paytaxtı Bürüssel şəhərindən start verilib. Yürüş iştirakçıları Belçikanın veteran velospedçilərinin təşəbbüsü ilə Almaniya, Türkiyə və Gürcüstandan keçərək ölkəmizə çatıblar.
Bu münasibətlə "Mazımçay” gömrük postunda veteran veloyürüşçülərin qarşılanma mərasimi keçirilib. Milli adət-ənənəyə uyğun olaraq veteranlara şərbət paylanılıb. Balakən incəsənət məktəbinin kollektivi qonaqlar qarşısında qısa konsert proqramı ilə çıxış ediblər.
Xatırladaq ki, bu gün beynəlxalq veloyürüş iştirakçıları Şəki-İsmayıllı-Şamaxı marşrutu ilə Bakıya gələcəklər. Beynəlxalq yürüş ulu öndər Heydər Əliyevin adisəsi önündə başa çatacaq.