Basketbol millimiz ilk oyunda məğlub oldu

Basketbol millimiz ilk oyunda məğlub oldu

Qadınlardan ibarət 3x3 basketbol millisi Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokunda mübarizəyə başlayıb.

Olimpnews.az xəbər verir ki, B qrupunda yer alan yığmamız ilk oyununu Kanada seçməsinə qarşı keçirib. Oyun rəqib komandanın 16:10 hesablı qələbəsi ilə başa çatıb. Komandamız bu gün qrupda ikinci oyununu Bakı vaxtı ilə saat 16:05-də meydan sahiblərinə qarşı keçirəcək.