Bu gün kişi basketbolçulardan ibarət Azərbaycan millisi AVRO-2029-un seçmə mərhələsində növbəti oyununa çıxacaq.
Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv Şimali Makedoniya yığmasını qəbul edəcək. Bakı İdman Sarayında keçiriləcək oyuna saat 20:00-da start veriləcək. Daha əvvəl Şimali Makedoniya (49:87) və Lüksemburqa (90:95) uduzan Azərbaycan millisi İrlandiyanı (76:75) məğlub edib.


