Azərbaycan Basketbol Federasiyasının (ABF) beynəlxalq dərəcəli hakimləri mövsümortası fiziki testdən uğurla keçiblər.
Azərbaycan Basketbol Federasiyasından verilən məlumata görə, beynəlxalq dərəcəli hakimlər mövsümün ortasında keçirilən qaçış testini uğurla tamamlayaraq, yay mövsümündə FIBA turnirlərində iştirak etmək hüququ qazanıblar.
Test FIBA-nın Azərbaycandakı milli təlimçisi Ələkbər Həsənov tərəfindən keçirilib.
Qeyd edək ki, testə ABF-nin müxtəlif liqalarında fəaliyyət göstərən hakimlər də cəlb olunub.


