Yelkənçilərimiz reqatada mübarizəni davam etdirirlər

Yelkənçilərimiz reqatada mübarizəni davam etdirirlər

Azərbaycan Su İdman Növləri Federasiyasının idmançıları Sloveniyada mübarizəni davam etdirir. 
Sloveniyanın Portoroj şəhərində təşkil olunan “Sailing Point Easter Regatta 2026” beynəlxalq yelkən yarışlarının 3-cü gününə start verilib. Bu günün proqramına əsasən 3 yarış nəzərdə tutulub. 
Komandamızın üzvləri müxtəlif qruplarda mübarizə aparırlar. Kamal Bəşirli “Qızıl” qrupda, Emel Məmmədli, Furkan Mustafayev və Səma Mansurzadə “Gümüş” qrupda, Amira Bayramova “Bürünc” qrupda, Amin Cəlilzadə isə “Zümrüd” qrupda çıxış edir. Reqata aprelin 6-da başa çatacaq.