Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin, Ümid Qasımzadə adına AAİK İB (Ümid İK) birgə təşkilatçılığı ilə ağırlıqqaldırma idman növü üzrə yeniyetmələr arasında Cəlilabad rayon Uşaq-Gənclər İdman Məktəbinin birinciliyi keçirilib.
Olimpnews.az xəbər verir ki, Cəlilabad rayon Uşaq-Gənclər İdman Şahmat Məktəbinin idman bazasında keçirilən və iki gün davam edən yarışlarda 8 çəki dərəcəsi üzrə 32 idmançı mübarizə aparıb.
Yarışdan qalib çıxan idmançılar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif olunublar.
Məlumat üçün bildirək ki, birincilikdə Vətən müharibəsi şəhidi Ümid Qasımzadə adına idman klubunun idmançıları da iştirak ediblər.


