Voleybol millimiz VI İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başladı

Voleybol millimiz VI İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başladı

Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində VI İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən voleybol yarışlarına start verilib.

İslamiadada mübarizə aparanqadın voleybolçulardan ibarət Azərbaycan millisi ilk oyununu İran yığmasına qarşı keçirib. Oyun millimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb.Komandamız növbəti oyunlardaTacikistan, Türkiyə və Əfqanıstan yığmalarıilə qarşılaşacaq. Voleybol yarışlarınoyabrın 13-də başa çatacaq.