Onlayn dərslərdə fərqlənən tələbələr mükafatlandırılıblar

Onlayn dərslərdə fərqlənən tələbələr mükafatlandırılıblar

Pandemiya dövründə tədris prosesinin davamlılığının təmin edilməsi üçün tədrisin distant formada həyata keçirilməsinə zərurət yaranıb.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) artıq illərdir ki, tədris-təlim prosesində informasiya texnologiyalarının imkanlarından geniş şəkildə istifadə etdiyi üçün bu dövrə tamamilə hazır olub. Bu isə öz növbəsində pandemiya dövründə onlayn təhsil prosesinə sürətli keçiddə və tədris prosesinin effektivliyinin təmin edilməsində böyük rol oynayıb.
Akademiya onlayn tədris prosesini Microsoft Teams proqramı vasitəsilə həyata keçirir. Bu proqram ilə tələbələrin statistik məlumatlarını analiz etmək, onların sistemdə olma müddətini görmək, hər bir tələbənin gündəlik nəticələrini nəzarət altında saxlamaq olur. Eyni zamanda, bütün bu proses akademiya rəhbərliyi tərəfindən müşahidə olunub.
Pandemiya dövründə onlayn dərslərdə böyük həvəslə iştirak edən, bütün problemlərə baxmayaraq çəkdiyi zəhmət və məsuliyyəti ilə seçilən bütün tələbələrə təşəkkür bildirmək məqsədilə ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) yüksək olan, dərslərdə aktiv və səmərəli iştirak edən aşağıdakı tələbələrə akademiya rəhbərliyi tərəfindən planşet hədiyyə edilib:

Həsən Həsənli - “Məşqçi” ixtisası, 117A8 qrupu

Rəşad İbrahimli -“Bədən tərbiyəsi və idmanda reabilitasiya” ixtisası, 138A2 qrupu

Samir Mirzağayev - “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimi” ixtisası, 129R1 qrupu

Zəhra Axundzadə - “Bədən tərbiyəsi və idmanda reabilitasiya” ixtisası, 139A1 qrupu

Mənsur Bağırzadə - “İdman menecmenti və kommunikasiya” ixtisası, 148A1 qrupu