“Trabzonspor” 23 ildən sonra Kadıköydə qələbə qazandı

“Trabzonspor” 23 ildən sonra Kadıköydə qələbə qazandı

Türkiyə Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib. “Fənərbağça” Kadıköydə “Trabzonspor” u qəbul edib. Oyuna yaxşı başlayan qonaqlar 6-cı dəqiqədə hesabı açıblar. Alexandr Şörlot dəqiq oynayıb. Fasiləyə qədər meydan sahibləri hesaba tarazlıq gətiriblər. Deniz Türüc 42-ci dəqiqədə qonaqları məyus edib. İkinci hissədə ruhdan düşməyən qara dəniz təmsilçisi yenidən hesabda önə keçib. Şörlot özünün və komandasının ikinci qolunu vurub. Bununla da kifayətlənməyən “bordo mavilər” əsas vaxta əlavə edilmiş dəqiqələrdə Filip Novakla üçüncü qolu vurublar. İlk oyunda 2:1 hesablı qələbə qazanan “Trabzonspor” Türkiyə Kubokunun finalına yüksəlib.

 

Qeyd edək ki, “Trabzonspor” 23 ildən sonra ilk dəfədir ki, Kadıköydə “Fənərbağça”ya qalib gəlib.

 

“Fənərbaxça” - “Trabzonspor” 1:3

Qollar: Şörlot, 6, 83, Filip Novak, 90+4; Deniz Türüc,42.