“Barselona” liderliyini möhkəmləndirdi

“Barselona” liderliyini möhkəmləndirdi

İspaniya La Liqasında 29-cu turun oyunları keçirilib. “Barselona” öz meydanında “Leqanes”i qəbul edib. Oyun meydan sahiblərinin üstünlüyü ilə başa çatıb. İlk hissədə Ansu Fati qonaqları məyus etməyi bacarıb. Fasilədən sonra Lionel Messi təyin edilən penaltini dəqiq yerinə yetirib. Katalonlar bu qələbədən sonra ilk pillədəki yerlərini möhkəmlədiblər.
Qeyd edək ki, “Barselona” 64 xalla turnir cədvəlinə liderlik edir. Katalonlardan bir oyun az keçirmiş “Real Madrid” 59 xal toplayaraq lideri izləyir. İlk üçülyü liderlə eyni sayda oyun keçirmiş “Sevilya” tamamlayır.