“Bavariya” çempion oldu

“Bavariya” çempion oldu

Almaniya Bundesliqasında çempion erkən məlum olub. “Bayern Münhen” ardıcıl 8-ci dəfə, tarixində isə 30-cu dəfə Almaniya çempionu adını rəsmiləşdirib. Münhen təmsilçisi səfərdə “Verder Bremen”ə minimal hesabla qalib gəlib. 43-cü dəqiqədə Robert Levandovskinin vurduğu qol oyunda həlledici olub. Bu qələbə “pivəçilərə” çempion olmaq üçün kifayət edib.