Klublarımızın avrokubok mübarizəsinə nə vaxt başlayır?

Klublarımızın avrokubok mübarizəsinə nə vaxt başlayır?

UEFA Çempionlar Liqası və Avropa Liqasında 2020-2021 mövsümünün başlama tarixi məlum olub. Avropa Liqasında təsnifat mərhələsi 18-19 avqustda start götürəcək.
Çempionlar Liqasında isə yeni mövsüm 25-26 avqustda başlayacaq.
Təsnifat mərhələlərinin bütün görüşləri bir oyundan ibarət olacaq. Ev sahibi komandalar cütlərin tərkibi müəyyənləşdikdən
sonra püşk yolu ilə müəyyənləşəcəklər. Təsnifat mərhələsində cavab matçları olmayacaq.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının qalibi Çempionlar Liqasında, 2-ci və 3-cü yerlərin sahibləri, həmçinin ölkə kubokunun qalibi Avropa Liqasında mübarizə aparacaq.
AFFA İcraiyyə Komitəsi koronavirus pandemiyasına görə dayandırılan çempionatla bağlı yekun qərarını iyunun 18-də açıqlayacaq.