“Mançester Siti” Premyer Liqaya qələbə ilə başladı

“Mançester Siti” Premyer Liqaya qələbə ilə başladı

Dünən İngiltərə Premyer Liqasının oyunları bərpa edilib. İlk oyun günündə “Mançester Siti” doğma meydanda “Arsenal”ı qəbul edi. Fasiləyə qədər Mançester təmsilçisinin futbolçusu Sterlinq hesabı açıb. İlk hissədə başqa qol olmayıb. 51-ci dəqiqədə De Brüyne “Topçuları” ikinci dəfə məyus edib. “Şəhərlilər”in sonuncu qolunu 90-cı dəqiqədə Foden vurub.
Qeyd edək ki, turnir cədvəlinə hesabında 82 xal olan “Liverpul” başçılıq edir. 60 xala malik olan “Mançester Siti” ikincidir. 53 xalı olan “Lester Siti” ilk üçlüyü tamamlayır.