Bakının Avro-2020-yə ev sahibliyi təsdiqləndi

Bakının Avro-2020-yə ev sahibliyi təsdiqləndi

Futbol üzrə növbəti Avropa çempionatına ev sahibliyi edəcək şəhərlər növbəti dəfə təsdiqlənib.
Bu barədə qərar UEFA-nın təşkil olunan İcraiyyə Komitəsinin iclasında qəbul edilib.
Avropa futbol qurumu qitə çempionatının 12 ölkədə keçirilməsi ilə bağlı qərarını dəyişməyib. Belə ki, çempionata Bakı, Sankt-Peterburq, London, Münxen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi edəcək.
Pandemiyaya görə növbəti ilə təxirə salınan turnirin “A” qrupunun İsveçrə-Uels, Türkiyə-Uels və Türkiyə-İsveçrə oyunlarına, həmçinin dörddəbir final mərhələsinin bir matçına Bakı Olimpiya Stadionu ev sahibliyi edəcək.
Avro-2020 gələn il iyunun 11-dən iyulun 11-dək keçiriləcək.