Avro-2020-nin biletləri gələn il də etibarlı olacaq

Avro-2020-nin biletləri gələn il də etibarlı olacaq

Futbol üzrə “Avro-2020”yə satılmış biletlərin hamısı 2021-ci ildə turnir üçün etibarlı olacaq.
Biletlərini geri qaytarmaq istəyən bilet sahibləri iyunun 18-dən 25-dək euro2020.com/tickets linki vasitəsilə biletlərini geri tələb edə bilərlər. Bu, biletlərin qaytarılması üçün son şans olacaq.
Turnirə play-off mərhələsi vasitəsilə vəsiqə qazanacaq dörd milli komandanın azarkeşləri də daxil olmaqla bütün azarkeşlər üçün bilet satışı tarixləri növbəti günlərdə açıqlanacaq.