Xose Qvardiola: “Mən buna görə çox utanıram”

Xose Qvardiola: “Mən buna görə çox utanıram”

“Mancester Siti” klubunun baş məşqçisi Xose Qvardiola uzun müddət gündəmdə olan irqçiliklə bağlı fikirlərini bölüşüb. “Biz 400 il ərzində qaradərili insanlara olan münasibətimiz üçün onlardan üzr istəməliyik. Mən buna görə çox utanıram”, - deyə məşqçi deyib.
Qeyd edək ki, İnqiltərə çempionatının vaxtı dəyişilən 28-ci turunda “Mançester Siti” komandası “Arsenal” üzərində 3:0 hesablı qələbə qazanıb. Qarşılaşmadan əvvəl isə hər iki komandanın futbolçuları #BlackLivesMatter (“Qaraların həyatı önəmlidir”) aksiyasını dəstəkləyiblər. Oyunçular meydanın mərkəzindəki dairədə dizi üstə dayanaraq, ABŞ-da dünyasnın dəyişən qaradərili Corc Floydu yad ediblər.