“Real” liderlə xal fərqini azaltdı

“Real” liderlə xal fərqini azaltdı

İspaniya La Liqasının 29-cu turunda “Real” “Valensiya”nı qəbul edib.
Oyun “Alfredo di Stefano” stadionunda keçirilib.
Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Görüşün 61-ci dəqiqəsində "Real"ın hücumçusu Kerim Benzema hesabı açıb. 13 dəqiqə sonra əvəzetmə ilə meydana çıxmış digər hücumçu Marko Asensio meydan sahiblərinin hesabdakı üstünlüyünü artırıb - 2:0. 86-cı dəqiqədə Benzema dubl edib.
Zinədin Zidanın komandası bu qələbədən sonra xallarının sayını 62-yə çatdıraraq turnir cədvəlində ikinci yerdəki mövqeyini gücləndirib. “Real” Katalon “Barselona”sından 2 xal geri qalır.