İyunun 20-dən iyulun 5-dək norveçli dünya çempionu Maqnus Karlsenin təşkilatçılığı ilə “Online Chess Masters” onlayn rapid turniri keçiriləcək.
Azərbaycan şahmatçısı Teymur Rəcəbov da turnirdə mübarizə aparacaq.
Qeyd edək ki, bu, M.Karlsenin təşkilatçılığı ilə keçirilən seriya turnirinin 3-cü mərhələsidir. Yarışın birinci mərhələsi aprelin 18-dən mayın 3-dək keçirilib. “Magnus Carlsen Invitational” adlanan ilk turun qalibi M.Karlsen olub. Mayın 19-dan iyunun 3-dək keçirilmiş ikinci yarışda - “Lindores Abbey Rapid Challange” turnirində isə rusiyalı şahmatçı Daniel Dubov qələbə qazanıb.
Seriyanın dördüncü mərhələsi (Legends of Chess) iyulun 21-dən avqustun 5-dək təşkil ediləcək. Avqustun 9-dan 20-dək isə böyük final keçiriləcək. Beş yarışdan ibarət seriya turnirinin ümumi mükafat fondu 1 milyon ABŞ dollarıdır.
Qrossmeysterimiz sabah rapid turnirində mübarizəyə başlayır