Avqustun 13-18-də Bolqarıstanın paytaxtı Sofiya şəhərində güləş üzrə gənclər arasında dünya çempionatı keçiriləcək.Yarışa Qusar Olimpiya İdman Kompleksində hazırlaşan sərbəst və yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığma komandaların heyətlər taktika və texnikanın təkmilləşdirilməsi və xüsusi fiziki hazırlıq üzrə təlim-məşq toplanışında iştirak edirlər.
Məlumat üçün qeyd edək ki, yunan-Roma güləşi üzrə yığmanın təlim-məşq toplanışı avqustun 4-nə, sərbəst güləş komandasının təlim-məşq toplanışı isə avqustun 11-dək davam edəcək.
Xatırladaq ki, bir müddət öncə Makedoniyanın Skopye şəhərində keçirilən gənclərin Avropa çempionatında sərbəst güləş üzrə komandamız birinci, yunan-Roma güləşi yığmamız isə ikinci olmuşdu.