"Beşiktaş" qələbə qazandı

"Beşiktaş" qələbə qazandı

Türkiyə Super Liqasında 28-ci turun oyunları keçirilib. "Beşiktaş" səfərdə "Denizlispor"un qonağı olub. Qarşılaşmada ümumilikdə altı qol vurulub. "Qara qartalların" beş qoluna meydan sahibləri bir qolla cavab veriblər. Bu qələbədən sonra "Beşiktaş" 47 xalla 5-ci pillədə qərarlaşıb. Aktivində 31 xal olan "Denizlispor" isə 12-cidir.

"Denizlispor" - "Beşiktaş" 1:5

Qollar: Oskar Estupinan, 53; Burak Yılmaz,10, Gökhan Gönül, 60, Nkoudou, 67, Adem Liyayiç, 75, Abdoulay Diaby, 78.