"Neftçi”dən ilk transfer

"Neftçi”dən ilk transfer

"Neftçi” PFK 2020/2021 mövsümü üçün ilk transferini rəsmiləşdirib.

Cabir Əmirli ilə 2 illik müqavilə bağlanıb.

23 yaşlı müdafiəçi komandanın heyətində 2 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, bunadək "Keşlə”də keçirdiyi 4 mövsüm ərzində meydana çıxdığı 54 oyunda 1 qola imza atmış Əmirli Azərbaycan U-21 milli komandasında da çıxış edib