“Dinamo Zaqreb” çempion oldu

“Dinamo Zaqreb” çempion oldu

“Dinamo Zaqreb” futbol klubu Xorvatiya çempionu titulunu qoruyub.

Zaqreb təmsilçisi Xorvatiya çempionatının 30-cu turunda çempionluğunu rəsmiləşdirib. “Dinamo”nun yaxın izləyicisi “Lokomotiv” çempiondan 19 xal geridə olub. Yarışın yekunlaşmasına isə 6 tur qalıb.

Beləliklə, “Dinamo” 21-ci dəfə, son 15 ildə isə 14-cü dəfə ölkə çempionu adını qazanıb.

Qeyd edək ki, “Dinamo Zaqreb” Çempionlar Liqasının ikinci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.