"Barselona" “Real”ın qələbəsi ilə razılaşmır​

"Barselona" “Real”ın qələbəsi ilə razılaşmır​

"Barselona”nın sabiq direktoru Tini Freyks "Real Sosyedad” -"Real” qarşılaşmasında hakim idarəçiliyinə münasibət bildirib.

Freyks Madrid təmsilçisinin ədalətli qələbə qazanmadığını iddia edir. Qeyd edək ki, "Real” ikinci qolu vurmazdan əvvəl Kərim Benzema topu əli ilə saxlamışdı. Amma hakimlər qayda pozuntusu qeydə almadılar.

Sabiq direktor "Twitter”də belə yazıb: "Onlar VAR-ı saxtakarlıqlarını qanuniləşdirmək üçün vasitəyə çeviriblər”.

"Real” "Real Sosyedad”a 2:1 hesabı ilə qalib gələrək, liderliyə yüksəlib.