“Bavariya”dan yeni rekord

“Bavariya”dan yeni rekord

Münxenin “Bavariya” futbol klubu Almaniya Bundesliqasının 33-cü turunda “Frayburq”u məğlub etməklə (3:1) rekorda imza atıb. Münxen təmsilçisi Bundesliqada ardıcıl 15 oyundur, qələbə qazanır. Bu, ölkə çempionatı üçün rekord göstəricidir.

Qeyd edək ki, “Bavariya” Bundesliqada ötən tur çempionluğunu rəsmiləşdirib.