"Liverpul" xal itirdi

"Liverpul" xal itirdi

Ötən gün İngiltərə Premyer Liqasında 30-cu turun oyunları keçirilib. "Çelsi" səfərdə "Aston Villa"nın qonağı olub. "Zadəganlar" rəqibi iki dəfə məyus ediblər. Meydan sahiblərinin gücü isə təsəlli qoluna çatıb. "Nüyukasıl Yunayted" isə doğma meydanda "Şeffild Yunayted"i üç cavabsız qolla məğlub edib. Digər oyunda isə "Liverpul" xal itkisi ilə üzləşib. Klopun komandası Mersisait derbisində "Everton"la qolsuz heç-heçə edib.

"Aston Villa" - "Çelsi" 1:2

Qollar: Hause, 43; Pulisiç, 60, Jiru, 62

"Nyukasl Yunayted" - "Şeffild Yunayted" 3:0

Qollar: Saint-Maximin, 55, Ritchie, 69, Joelinton, 78.

"Everton" - "Liverpul" 0:0