Yaponiya dünya çempionatından imtina etdi

Yaponiya dünya çempionatından imtina etdi

Yaponiyanın Futbol Federasiyası 2023-cü ildə qadınlar arasında dünya çempionatının keçirilməsi üçün müraciətini geri götürüb. Buna səbəb dünyada yayılan koronavirus pandemiyası olub. Görüşlərin Yaponiyanın Tokio, Osaka və Kioto kimi böyük şəhərlərində təşkil olunması planlaşdırılmışdı.

FİFA 22023-cü il iyunun 23-də​ keçirilməsi nəzərdə tutulan futbol üzrə qadınlar arasında dünya çempionatı üçün yeni ev sahibi müəyyən edəcək. Kolumbiya, Avstraliya və Yeni Zelandiya kimi ölkələr çempionata ev sahibliyi etmək arzusundadır.

Qeyd edək ki, çempionat 32 qadın yığma komandasının iştirak etdiyi ilk yarış olacaq.