Daha bir idmançı COVİD-19-a yoluxdu

Daha bir idmançı COVİD-19-a yoluxdu

"Adria Tour" sərgi tennis turniri bolqarıstanlı idmançı Qriqor Dimitrovun koronavirus xəstəliyinə yoluxması səbəbi ilə ləğv edilib.

Belə ki, ilk mərhələdə xorvatiyalı tennisçi Borne Çoriçə məğlub olduqdan sonra idmançı özünü pis hiss etdiyini bildirib. COVİD-19 testinin müsbət çıxmasından sonra Q.Dimitrovla təmasda olanların test verməsi​ zərurəti yaranıb.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbi ilə bütün peşəkar tennis turnirləri iyulun 3-dək təxirə salınıb.