Ağdaşda festival keçirilib

Ağdaşda festival keçirilib

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Ağdaş Olimpiya İdman Kompleksində gənclərin sağlamlıq festivalı keçirilib.
Sağlam həyat tərzinin kütləvi bədən tərbiyəsi və idman vasitəsilə geniş təbliğ edilməsi məqsədi ilə keçirilən tədbirdə üç yüzədək uşaq və yeniyetmə müxtəlif idman növləri üzrə bacarığını nümayiş etdirib. Daha sonra "Kapoyera” idman klubunun, "Olimp” rəqs qrupunun və gənc estrada müğənnilərinin iştirakı ilə maraqlı konsert təşkil edilib. Fərqlənən idmançılara və məşqçilərə diplom və xatirə hədiyyələri təqdim olunub.