25 yaşlı idmançı qəzadan sağ çıxmadı

25 yaşlı idmançı qəzadan sağ çıxmadı

Britaniyalı moto yarışçı Ben Qodfri, No Limits Trackdays yarışlarında qəza nəticəsində dünyasını dəyişib. Məlumata görə, idmançı yarış zamanı digər sürücü ilə qaçılmaz qəza törədib. B.Qodfriyə dərhal tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Qəzanın digər iştirakçısı isə ağır vəziyyətdə xəstəxanaya çatdırıldığı bildirilir.

Yarışın təşkilatçıları idmançının ailəsinə və yaxınlarına başsağlığı veriblər.