“Quran həmişə - evdə, məşqdə, oyunda yanımda olub"

“Quran həmişə - evdə, məşqdə, oyunda yanımda olub"

Bu günlərdə 63 yaşını tamamlayan türkəsilli əfsanəvi futbol qapıçısı Rinat Dasayev həyatındakı ən çətin məqamlarda dini kitabımız olan Quranın ona kömək etdiyini vurğulayıb.

​ Bu barədə Rusiya mediası maraqlı bir yazı hazırlanıb.

Milliyyətcə tatar olan ulduz qapıçı hər oyunda Quran kitabını ehtiyat əlcəklərin olduğu çantada​ qapının yanına qoyduğunu etiraf edib.

“Bütün ailəm inanclı olub. Mən də uşaqlıqdan bəri ibadətlə məşğul olmuşam. Quran həmişə - evdə, məşqdə, oyunda yanımda olub. Bir dəfə matçlardan birində Quran çantamdan oğurlandı. Yəqin ki, topdaşıyan oğlanlar götürmüşdü. Mən o zaman çox üzüldüm... Quran həmişə mənə kömək edib. Yenisini almalı oldum" , - deyə Dasayev bildirib.​

“Komandada hər kəs mənim məscidə getdiyimi bilirdi. Düzdür, Sovet İttifaqında bu, müsbət qarşılanmırdı. Bir yüksək vəzifəli şəxsin bir dəfə mənə dediyi kimi: "Bu, mənim üçün mümkündür. Ancaq sizin üçün deyil. Çünki​ ​ hamının gözü və qulağı sizdədir".​ O zaman çox şey mümkün deyildi. Məsələn, məşqdə zarafat etmək…"-deyə​ məşhur futbol ulduzu əlavə edib.

Xatırladaq ki,​ 1975-ci ildən SSRİ klublarında çıxış edən Rinat Dasayev 1991-ci ildə oyun karyerasına son qoyub. Onun sonuncu klubu İspaniyanın "Sevilya" klubu olub.

Qeyd edək ki, əfsanəvi futbol ulduzu 2018-ci ildə Bakıda - tanınmış Azərbaycan futboçusu Vəli Qasımovun 50 illik yubileyində iştirak edib.

“Quran həmişə - evdə, məşqdə, oyunda yanımda olub" “Quran həmişə - evdə, məşqdə, oyunda yanımda olub"